Vergilər Nazirliyi “Uğur-97” tikinti şirkətinə məxsus 2.6 hektar torpaq sahəsini 200 min manat məbləğində vergi borcuna görə hərraca çıxarıb. Ancaq hərrac keçirilməyə bilər.
“Uğur-97” firmasında bildiriblər ki, borc tam ödənilib və ödənişlərin bank çıxarışları Binəqədi Rayon Məhkəmə icraçıları şöbəsinə təqdim edilib. Hərracın 17 fevral tarixində keçirilməsi planlaşdırılır. Bakı şəhəri Binəqədi rayonunda yerləşən torpaq sahəsi vergi borcunun məbləğinə görə 200 min manat qiymətləndirilib.
“Uğur-97” firmasının baş mühasibi Sevinc Rəhimovanın sözlərinə görə, borc 2015-ci ildə formalaşıb. “Bu borc üzrə məhkəmə qərarını icra etmək üçün şirkət 2017-ci ilin oktyabrından etibarən vergi öhdəliklərini yerinə yetirməyə başlayıb və artıq dövlət büdcəsinə borc qalmayıb”, – deyə şirkətin nümayəndəsi bildirib.