2022-ci ilin ilk 8 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 3 min 843 müraciətə baxılıb ki, onların 59%-i malların (iş, xidmətlərin) qüsurlu və keyfiyyətsiz olmasına dair olub.
Eləcə də bax: Dövlət Xidməti sahibkarlara - XƏBƏRDARLIQ EDİB
FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 14%-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 4%-i müqavilə şərtlərinin pozulmasına, 1%-i istehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə, 22%-i isə digər istehlakçı hüquqlarının pozulmasına dair olub.
Dövlət Xidmətindən verilən məlumata görə, müraciətlərə baxılması nəticəsində 213 min 774 manat istehlakçılara qaytarılıb, 16 min 821 manat dəymiş ziyan ödənilib.