Son səylərimiz nəticəsində cari ilin yanvar oktyabr ayları ərzində Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 6,1 milyard ABŞ dolları həcmində olub, ixrac həcmi isə 3,5 ABŞ dolları həcmindədir.
Turan E-Ticarət və İxracat Forumu – AZƏRBAYCANIN MÜSTƏSNA TƏDBİRİ!
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktorunun müşaviri Sevil Yəhyayeva bildirib.
O bildirib ki, 1995-ci ildən 2023-cü ilə qədər Turan dövlətlərindən Azərbaycan iqtisadiyyatına 16 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Biz bütün türk dövlətləri ilə sərmayələrin təşviqi və qorunması ilə bağlı anlaşmalar imzalayırıq. Bu da müqavilə və hüquq bazalarının daha da gücləndirilməsinə zəmin yaradır.
Ticarətin təşviqi mandatı çərçivəsində ixracın təşviqi mexanizmi tətbiqi vasitəsilə qeyri-neft-qaz ixracını "Made in Azərbaycan" brendi altında formalaşdırır.
Qeyd etmək istəyirəm ki, bu il ixracatçılarımız ümumilikdə 10 Beynəlxlaq sərgidə iştirak edib və həmin sərgilərdə 68 yerli şirkət şirkətimizin iştirakı baş tutub. Sərgilər zamanı ixrac fəaliyyətinin həyata keçirilməsi istiqamətində 18 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanıb.
"Bu ilin fevral ayında alibaba.com ilə Azpromo arasında anlaşma müqaviləsi bağlanıb" - deyə Sevil Yəhyayeva əlavə edib.