Səudiyyə Ərəbistanının gəlirləri ahalıb. Hökumət ölkədə infrastruktur layihələrini həyata keçirən beynəlxalq şirkətlərə olan borclarını ödəməyə çətinlik çəkir.
Eləcə də bax: Səudiyyə Ərəbistanı Asiyaya neft tədarükü - Qiymətlərini Qaldırıb
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanı mərkəzi ofisi ABŞ-da yerləşən «Bechtel» və digər beynəlxalq şirkətlərə infrastruktur layihələri ilə razılaşdığı milyardlarla dollar ödəmə etməyib. Hökumətin Səudiyyə Ərəbistanının paytaxtında nəqliyyat sistemini tənzimləmək, metro layihəsi üzrə «Bechtel»ə təxminən 1 milyard dollar borcu var.
Layihədə iştirak edən ABŞ-dan başqa Fransa, İspaniya və İtalyan şirkətlərinin də Ər-Riyaddan milyardlarla dollar alacağı var.
Mövzuya yaxın 3 mənbə bildirib ki, pandemiya səbəbiylə inşaatdakı gecikmə və xərc artımı səbəbi ilə ödəmələr təxirə salını.
Bildirilir ki, Riyaddakı Amerika, Fransa və İspaniya səfirlikləri keçən il Səudiyyə Ərəbistanı hökumətinə bir məktub yazaraq məsələni diplomatik səviyyəyə qaldırıblar.