Səudiyyə Ərəbistanının ÜDM-in strukturunda qeyri-neft sektorunun payı 50%-ə çatıb.
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma Nazirliyinin məlumatına görə, real ifadədə qeyri-neft sektorunun töhfəsi təxminən 453,3 milyard dollar təşkil edib.
2023-cü ildə Səudiyyə Ərəbistanının ÜDM-in strukturunda qeyri-neft sektorunun həcmi 50%-ə çatıb ki, bu da krallığın bütün tarixində ən yüksək göstəricidir. Bu barədə Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma Nazirliyi məlumat yayıb.
Ölkənin iqtisadiyyatında qeyri-neft sektorunun töhfəsi 1,7 trilyon Səudiyyə riyalı (təxminən 453,3 milyard dollar) təşkil edib. Neft ölkəsi kimi tanınan Səudiyyə Ərəbistanında qeyri-neft sektorunun artmasının əsas səbəbi son iki ildə qeyri-dövlət investisiyalarının 57% artmasıdır. Ötən il qeyri-neft sektoruna özəl investisiyaların həcmi 959 milyard rial (təxminən 255,7 milyard dollar) təşkil edib.