Azərbaycan Serbiya və Gürcüstana verdiyi borclar üzrə ödənişləri tam geri ala bilmir.
FED.az-ın məlumatına görə, Hesablama Palatasının "2018-ci ilin yanvar-iyun ayları üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlili"ndə qeyd edilib ki, 2 xarici dövlətə verilən kreditlər üzrə daxilolmalar 2018-ci il dövlət büdcəsində 68 milyon 529 min manat nəzərdə tutulub. Lakin buna baxmayaraq, bu ilin 6 ayında büdcəyə 223,9 min manat ödənilib. Bu da illik proqnozun 0,3%-i səviyyəsində icra olunması deməkdir.
Qeyd edək ki, bu il Serbiya Respublikası Azərbaycana 66 milyon 265 min manat, Gürcüstan Respublikası isə 2 milyon 264 min manat kredit borcu qayratmalıdır.
Serbiya və Gürcüstan Azərbaycanın borcunu tam ödəməyib
00:25
31 Avq 2018