Dekabrın 26-da, saat 11:00-da “Cəlilabad Şərab-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər v erir ki, “Report”un məlumatına görə, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Cəlilabad rayonu, Qarazəncir kəndində olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklərin, ümumi yığıncaq və İdarə Heyəti (İH) haqqında əsasnamələrin təsdiq olunması, İH-nin və onun sədrinin seçilməsi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, “Cəlilabad Şərab-2” ASC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 352 786 manatdır.