Martın 27-də, saat 15:00-da “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Gəncə şəhəri, Kənar küçəsi, 3 ünvanında olacaq.
Yığıncağın gündəliyinə zavodun 2017-ci ildəki fəaliyyəti haqqında hesabatın dinlənilməsi, illik maliyyə hesabatlarının, mühasibat balansının, mənfəəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, səhmdarlara ödəniləcək dividendin məbləğinin və müddətinin elan olunması məsələləri daxildir.