2020-ci ilin ilk 7 ayında Azərbaycanda 1 milyon 877 min ton sement və 290,9 min m3 kərpic istehsal edilib.
Eləcə də bax: Beton və gips istehsalı necə dəyişib? - QRAFİK
FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sement istehsalı 6,7%, kərpic istehsalı 19,7% artıb.
Sement ən çox may ayında ən az isə yanvar ayında istehsal edilib. Kərpic itehsalı son aylarda artaraq iyulda maksimum səviyəyə çatıb. Mart ayında isə minimum miqdarda kərpic istehsal edilib.
Qeyd edək ki, iyul ayında 306,8 min ton sement, 54,1 min m3 kərpic istehsal edilib.
FED.az 2020-ci ilin 7 ayında sement və kərpic istehsalının həcmini qrafik-sxem şəklində təqdim edir.