"Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ölkənin digər ərazilərinə daşınmasına əlavə dəstəyin göstərilməsi nəzərdə tutulur və bununla da bağlı müvafiq normativ hüquqi aktlar qəbul edilib".
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı - YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalının Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumu"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan loqistik xərclərin əhəmiyyətli hissəsinin dövlət tərəfindən qarşılanır:
"Bununla yanaşı, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasını və aidiyyəti dövlət qurumları arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədilə xüsusi komissiya yaradılıb.Bu mexanizm iri investisiya layihələrinin həyata keçirilməsi zamanı yaranan inzibati, inzibati və institusional maneələrin operativ aradan qaldırılmasına kömək edəcək".
"Son dövrlərdə qəbul edilmiş yeni qərarlar çərçivəsində sahibkarlara təqdim olunan kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin tətbiq dairəsi genişləndirilərək regionlarda fəaliyyət göstərən bizneslərin maliyyə resurslarına çıxışı daha da asanlaşdırılıb. Əsasən bu dəstəklər geniş miqyasda işğaldan azad olunmuş ərazilərdə ilk olaraq tətbiq olunmağa başladı və burdakı təcrübə daha sonra ölkənin digər bölgələrində də tətbiqinə başlandı", - deyə o, əlavə edib.














