"İpəkçilik iqtisadiyyatın önəmli sahələrindən biri olmaqla yanaşı, qədim tarixə malik peşə olub. Azərbaycanda ipəkçiliyin önəmli yeri olduğunu nəzərə alsaq, bu sahənin inkişafı çox vacibdir".
FED.az xəbər verir ki, bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə ""Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələri" mövzusunda keçirilən tədbirdə deyib.
K.Nəbizadənin sözlərinə görə, Şəki rayonunda yerləşən "Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulub: "Burada xarici və yerli məsləhətçi şirkətlərin cəlb olunması nəzərdə tutulub".