Dünya bazarında şəkər qiymətləri beş ilin ən yüksək həddə çatıb.
FED.az xəbər verir ki, ən böyük ixracatçı olan Braziliyada istehsalçıların etil spirt istehsalına üz tutacağı və tədarükün azalacağı gözləntiləri ilə şəkər 2016-cı ilin oktyabr ayından bu yana ən yüksək səviyyəyə çatıb. Ən böyük ixracatçı ölkə olan Braziliyadan tədarükün azalacağı ilə bağlı narahatlıqlar fonunda şəkər Londonda beş ilin ən yüksək səviyyəsinə yüksəlib.
Nyu-Yorkda ağ şəkər fyuçersləri yüzdə 3,3 artarkən, xam şəkər də bahalaşıb. Xam neftin üç ayın pik nöqtəsinə yaxın olmasının da Braziliyadakı dəyirmanların etil spirti istehsalına keçərək şəkər qiymətlərinin artmasına səbəb ola biləcəyi qiymətləndirilir.
Cümə günü açıqlanan məlumatlar, fond menecerlərinin ağ şəkərlə bağlı gözləntilərini 15 ayın ən yüksək səviyyəsinə qaldırdıqlarını göstərdi.
"Braziliyadakı istehsalçılar etanol istehsalını şəkərdən üstün tutduqca, makro mənzərə müsbət görünür" deyən ADM Investor Services International, "Braziliya şəkər istehsalı investorların qərarlarına təsir etsə də, bazar toparlanmağa hazırlaşır" - bildirib.
Ağ şəkər London bazarında 2016-cı ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatdıqdan sonra 2,4 faiz artaraq bir ton üçün 591,90 dollara satılıb. Nyu-York bazarında xam şəkər də 2 faiz bahalaşıb.
Türkiyədə şəkər idxalına sıfır gömrük rüsumları
Dünyada şəkərin bahalaşdığı bir mühitdə Türkiyə 400 min ton şəkər idxalına tarif kvotası tətbiq etmişdi.
27 May 2022-ci il tarixli Rəsmi Qəzetdə dərc edilən qərarla 400 min ton qamış və ya şəkər çuğunduru idxalına gömrük rüsumu və varsa əlavə maliyyə öhdəlikləri sıfır olaraq tətbiq ediləcək.
Qərar çərçivəsində verilən idxal lisenziyaları 15 oktyabr 2022-ci il tarixinədək etibarlı olacaq.
Qərar çərçivəsində müəyyən edilən tarif kvotasının paylanma üsulu, tətbiqi və istifadə qaydası və prinsipləri Ticarət Nazirliyi tərəfindən dərc olunacaq bir bildirişlə müəyyən ediləcək.