Bakı Fond Birjası (BFB) səhmləri kütləvi şəkildə ticarətə buraxılmış Azərbaycan şirkətlərinin bazar dəyərini açıqlamağa hazırlaşır. Bu barədə BFB-dən bildirilib.
Məlumata görə, hazırda bununla bağlı hazırlıq işləri aparılır. Şirkətlərin bazar dəyəri birjanın rəsmi internet səhifəsində (www.bfb.az) gündəlik açıqlanacaq.