Fransanın ölkəmizdəki səfiri Orelia Buşez Bakı ilə Paris arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edir.
«Fransa Cənubi Qafqazla münasibətlərin inkişafına böyük maraq göstərir və Azərbaycanı özünə dost ölkə hesab edir. Təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizi genişləndirmək üçün böyük imkanlar var. Bu niyyətlərin baş tutması xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”, - deyə o, Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə bildirib.
O.Əsədov Bakı ilə Paris arasında ikitərəfli əməkdaşlığnı yüksək səviyyədə olduğunu deyib. “Bu günədək ölkələrimiz arasında 50-yə yaxın hüquqi sənəd imzalanıb”, - deyə sədr qeyd edib.
O, Bakıda Fransız Liseyinin fəaliyyət göstərməsinin və Azərbaycan-Fransız Universitetinin açılmasının əhəmiyyətini vurğulayıb.
“Bu gün Azərbaycanda 40-a yaxın Fransa şirkəti səmərəli fəaliyyət göstərir. Azərbaycan-Fransa İqtisadi Komissiyası iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır”, - deyə O.Əsədov əlavə edib.
O vurğulayıb ki, Milli Məclis Fransa parlamenti ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir.
İnterfax©