Rusiya prezidenti Vladimir Putinin işğal altındakı Ukrayna torpaqlarını işğal etmək üçün ölkədə səfərbərlik etməsindən sonra yaranan gərginlik və Qara dəniz taxıl dəhlizində yaranmış qeyri-müəyyənlik səbəbindən buğdanın qiyməti mart ayından bəri ən böyük artım göstərib.
Eləcə də bax: Qazaxıstan ölkədən buğda və un ixracına icazə verib - MƏHDUDİYYƏT GÖTÜRÜLDÜ
FED.az xəbər verir ki, taxıl bazarı bunun Ukrayna taxılının daşındığı və fəaliyyətini davam etdirmək üçün Rusiyanın icazəsi tələb olunduğu Qara dəniz ixrac dəhlizinin gələcəyini daha da şübhə altına alacağından narahatdır.
Çikaqoda buğda üzrə fyuçers müqavilələrində qiymətlər dünənki 7,6 % artımı davam etdirərək, bu gün də 1,6% artımla bir buşel üçün (27 kq) 9,08 dollara çatıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı fevral ayında başladığı hücumu Qara dənizdən buğda, qarğıdalı və günəbaxan yağının tədarükünü məhdudlaşdırıb. Nəticədə dünyada buğdanın qiymətti artıb, hətta qıtlıq təhlükəsi yaranıb.