“Sədərək” ticarət mərkəzinin “Şirniyyat” adlanan hissəsində baş verən yanğında təxminən 30-a yaxın obyektə ciddi ziyan dəyib. Bəzi obyektlər tamamilə yararsız vəziyyətdədir.
FED.az xəbər verir ki, zərərçəkən sahibkarlardan biri qeyd edib ki, hadisə nəticəsində 82 min manatlıq malı yanıb.
FHN: “Sədərək” ticarət mərkəzində - 20 MAĞAZA YANIB
“200 min manat da bankdan pul götürmüşəm, hamısını da bu işə xərcləmişəm. İndi də bankın pulunu necə ödəyəcəyimi bilmirəm”, – deyə o əlavə edib.
“Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədimin sözlərinə görə, yanan obyektlər təmir olunaraq sahibkarlara təhvil veriləcək.
“Rəhbərlik digər maddi yardımlar da nəzərdə tutur. Həmçinin onlara uzun müddət icarə haqqı məsələsində də güzəşt olunacaq”, – deyə K.Qədim bildirib. (Baku TV)