ABŞ-ın İran əleyhinə sanksiyalar tətbiq etməsinə rəğmən, İran və İraqın ticarət dövriyyəsi son aylarda artıb.
FED.az-ın məlumatına görə, bunu İraqın Ticarət Palataları Birliyinin sədri Cəfər əl-Hamdani 45-ci Bağdad Beynəlxalq Sərgisində deyib.
Onun sözlərinə görə, cari ilin ilk altı ayında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 4 milyard dollardan 6,4 milyard dollara çatıb: "İranın İraqa ixrac etdiyi qaz və elektrikin həcmi qeyd olunan müddət ərzində təxminən 40 faiz artıb. Bu rəqəmlər iki ölkənin əməkdaşlıq və iqtisadi münasibətləri genişləndirməkdə ciddi iradəyə sahib olduğunu göstərir".
Qeyd edək ki, 45-ci Bağdad Beynəlxalq Sərgisində 18 ölkə - İraq, İran, Suriya, Pakistan, Yaponiya, İordaniya, Fransa, Almaniya, İndoneziya, İtaliya, Fələstin, Cənubi Koreya, Taivan, Macarıstan, Ukrayna, İspaniya, Hindistan və Tunis iştirak edir.