Sərhəddə yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb.
Eləcə də bax: Gömrük Komitəsindən sərhəddə avtomobillərin saxlanılması ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, gömrük keçid məntəqəsində 1500-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.
“Samur” gömrük postundan verilən məlumata görə, sıxlığın yaranmasına səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır.
Bildirilib ki, Rusiya tərəfi ilə əldə olunan ilkin razılaşmaya görə, gün ərzində qonşu ölkəyə keçən maşınların sayı 2 gündür artırılıb.
“Bu gedişlə davam edərsə 10 gün ərzində sıxlığ araqdan qaldırılacaq”, - deyə gömrük postundan əlavə ediblər. (Apa)