Bu ilin sentyabr ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı avqust ayı ilə müqayisədə 2,3 faiz bəndi azalıb.
FED.AZ xəbər verir ki, bu ilin oktyabrın 1-nə "Samsung"un ölkə üzrə bazar payı 46,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 10,2 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğular bazarında lider olaraq qalır.
Bu ilin sentyabr ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı avqust ayı ilə müqayisədə 1,6 faiz bəndi artıb. Bu göstərici bu ilin oktyabrın 1-nə olan məlumata görə 28,4% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 13,1 faiz bəndi çoxdur.
Üçüncü yerdə bazar payı 14,8% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı sentyabr ayı ərzində (avqust ayı ilə müqayisədə) 1 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 2,4 faiz bəndi çoxdur.
Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 4,71%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 0,86%, LG – 0,85%, "Lenovo" – 0,58%, HTC – 0,42%, "Nokia" – 0,39%, “Sony” – 0,24% və s.
APA