“Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama dəyişiklik edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişib.
Azərbaycan tərəfdən komissiyanın sədri Baş nazirin müavini Samir Şərifov olacaq. Bundan öncə komissiyanın sədri energetika naziri idi.














