Qlobal iqtisadi böhranın davam etməsi, 2014-cü ildə başlayan neft qiymətlərinin kəskin ucuzlaşması və digər xarici amillər Azərbaycanda keyfiyyətcə yeni makroiqtisadi vəziyyətin formalaşmasına gətirib çıxardı.
Trend-in məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və sosial-iqtisadi konsepsiyası layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov bildirib ki, Azərbaycanda 2017-ci ildə ÜDM-in real inkişafı 1 faiz, qeyri-neft sektorunun 2,5 faiz həcmində olması proqnozlaşdırılır.
Onun sözlərinə görə, 2016-cı il üçün ölkədə ümumi daxili məhsulun həcmi 58,8 milyard həcmində gözlənilir. Bu rəqəm ötən ilki göstəricidən 2,8 faiz azdır.
Bu gün Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclası öz işinə başlayıb.