“Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda yerli istehsalın dəstəklənməsi və ixracın genişləndirilməsi istiqamətində görülən işlər barədə danışan nazir Şahin Mustafayev Fed.az-a bildirib ki, son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib: “Bununla belə, sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması işlərinin intensivləşdirilməsi, özünütəminetmə səviyyəsi yüksək olan bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması, dövlət satınalmalarında yerli şirkətlərə üstünlük verilməsi, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun qəbulu yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb”.
Şahin Mustafayev: “Yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə stimul yaranıb”
17:22
19 Okt 2016