Beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı ixrac missiyalarının ilkin olaraq, Avropa İttifaqı ölkələri, MDB, Körfəz və Ərəb ölkələri, eləcə də Çin, Yaponiya, Malayziya və s. ölkələrə təşkili nəzərdə tutulur. Bu barədə “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev Fed.az-a bildirib.
Nazir deyib ki, bu ilin noyabr ayında Çinə (Honq Konq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək Beynəlxalq Şərab Sərgisində, gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də, Dubay Ərzaq, Düsseldorf Şərab, Moskva Kənd Təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur.
Şahin Mustafayev: “İlkin ixrac missiyaları Avropa İttifaqı ölkələrini, MDB, Körfəz və Ərəb ölkələrini, Çini, Yaponiyanı, Malayziyanı əhatə edəcək”

17:11
19 Okt 2016