Sabah İqtisadiyyat naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərlərindən və Goranboy rayonundan olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən FED.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Dədə Qorqud küç., 27) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Gəncə-Qazax regional bölməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78, (050) 395-91-97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Şahin Mustafayev Goranboyda vətəndaşları qəbul edəcək
13:17
19 May 2017