İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarını təmsil edən şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 15-17 dekabr tarixlərində Belarus Respublikasında səfərdə olacaq.
Bu barədə Fed.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək, biznes dairələrin iştirakı ilə işgüzar görüşlər keçiriləcəkdir.
Şahin Mustafayev Belarusa səfər edəcək
09:58
14 Dek 2016