Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Azərbaycan Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
İqtisadiyyat Nazirliyindən FED.az-a bildirilib ki, bu barədə Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib.
Görüşdə nazir Şahin Mustafayev ı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, fəaliyyəti dövründə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib. Vurğulanıb ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusilə önəmlidir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%-dir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyalarının ümumi həcmində Avropa İttifaqı ölkələrinın payı son 10 ildə eyri–neft sektoruna birbaşa investisiyalarda isə Avropa İttifaqı ölkələrinin Azərbaycanda Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. İndiyədək Aİ tərəfindən ölkəmizə 582 milyon avro məbləğində texniki yardım da göstərilib.
Görüşdə Azərbaycanın nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.
Görüşdə həmçinin, yeni Avropa İttifaqı-Azərbaycan Sazişinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın bu Sənədə önəm verdiyi qeyd edilib.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb. Qeyd olunub ki, yeni Avropa İttifaqı-Azərbaycan Sazişi üzərində intensiv iş aparılır.
Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu vurğulayan Kestutis Yankauskas qeyri-neft sektorunun ölkəmiz üçün prioritetliyi barədə məlumatlı olduğunu, Azərbaycanın zəngin turizm potensialı hesabına ölkəyə daha çox avropalı turistin cəlb oluna biləcəyini, ölkəmizin geniş ixrac imkanlarının olduğunu bildirib.
Kestutis Yankauskas Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın Azərbaycanın İqtisadiyyat nazirini Brüssele dəvət etdiyini də diqqətə çatdırıb.
Şahin Mustafayev: Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
10:37
3 Okt 2017