Fevralın 15-də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi və əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüblər.
Prezident Gömrük Komitəsinə - SƏDR TƏYİN ETDİ - SƏRƏNCAM
FED.az xəbər verir ki, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, Palatanın rəhbəri Nərgiz Nəsrullayeva-Müdüroğlu dövlət orqanları ilə mütəmadi görüşlərin təşkil edildiyini, cari ildə ilk görüşün gömrük orqanları ilə keçirildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da səmərəli şəkildə qurulacağını bildirib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük orqanlarının biznes nümayəndələri ilə münasibətlərin işgüzar zəmində qurulmasına, gömrük-biznes əməkdaşlığında açıq, şəffaf dialoqa xüsusi önəm verdiyini bildirib, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması istiqamətində zəruri addımlar atıldığını vurğulayıb.
O da qeyd olunub ki, gömrük xidməti qarşısında müəyyənləşdirilən əsas hədəflərdən biri də gömrük sahəsində biznes subyektlərinə münbit şəraitin yaradılması, qəbul edilən qərarlar, tətbiq edilən yeniliklərlə bağlı onların təklif və rəylərinin öyrənilərək reallaşdırılmasıdır.
Bu məqsədlə son dövrlərdə gömrük orqanları tərəfindən fəaliyyət planının hazırlandığı, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının, şəffaflığın, əlçatanlığın artırılması üçün yeniliklərin, rəqəmsal həllərə əsaslanan innovativ layihələrin tətbiqinə başlanıldığı diqqətə çatdırılıb.
Görüşdə gömrük orqanlarının missiyası, gələcək fəaliyyətindəki priroritet istiqamətlər, strateji hədəflər barədə məlumat verilib, tətbiqinə başlanan, icrası davam edən və planlaşdırılan layihələr, yeniliklərdən, onların biznesə faydalarından bəhs olunub.
Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.