Sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısı alınacaq.
Yoxlama zamanı sahibkarın hüquq və vəzifələri müəyyənləşir - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirilib.
Bildirilib ki, dəyişikliklər ümumilikdə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Həmçinin, layihəyə əsasən, sahibkarlara məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsinin yoxlanılması üçün şərt daxil edilir. Hazırda bu cür yoxlamanın keçirilməsi tələbi ümumi qaydada bütün hallara şamil olunur. (Apa)