“Bu il sahibkarlara 70 investisiya təşviqi sənədi verilib”.
Bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Onun sözlərinə görə, bunun nəticəsində yerli istehsala 900 mln. manatdan çox sərmayə yatırılması və 6000 dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.