28-30 oktyabr tarixlərində Misirin paytaxtı Qahirə şəhərində 2-ci Beynəlxalq İstehsalat Konvensiyası və Sərgisi (IMCE 2023) keçiriləcək.
FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.
Misir Sənaye Federasiyası tərəfindən ikinci dəfə təşkil olunan IMCE 2023-ün birinci hissəsində panel müzakirələri baş tutacaq, sərgidə isə 20 000 kvadratmetr sahədə kənd təsərrüfatı, qida, kimya, mədənçıxarma, əczaçılıq, daşınmaz əmlak, səhiyyə, İKT və tekstil sektorlarını təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq. Sərgidə həmçinin B2B görüşlərin keçirilməsi üçün məkan ayrılacaq.
IMCE 2023 sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 67)
Əlaqələndirici şəxs: Münəvvər Qocayeva