Sabirabadda dövlət dəstəyi ilə ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsi yaradılır. Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Mayın 17-də müəssisədə birinci mərhələ üzrə görülmüş işlərə baxış keçirilib. Müəssisədə hazırda 25 nəfər işçi çalışır və ikinci mərhələ üzrə işlər tamamlandıqdan sonra 70-dən çox yeni iş yeri açılacaq.