Azərbaycanda yığılan dövlət rüsumları rüsumu toplayan orqanın büdcəsinə deyil, birbaşa dövlət büdcəsinə yönəldiləcək.
Eləcə də bax: Aksizlərin və rüsumların artırılması avtomobillərin qiymətinə - Necə Təsir Edəcək?
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, dəyişikliyə əsasən, bundan sonra bütün dövlət rüsumları vahid qaydada qanunla tənzimlənəcək. Bundan əvvəl isə dövlət rüsumları Nazirlər Kabinetinin qərarları ilə tənzimlənirdi.
Qanuna dəyişiklikdə bir sıra dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi, bir sıra yeni rüsumların tətbiq edilməsi təklif edilir.
Qanuna dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.