Rusiya Mərkəzi Bankı 2020-ci ildə ölkə ÜDM-in azalması üzrə proqnoz dəhlizini əvvəlki 4,5-5,5%-dən 4-5%-ə endirib.
Eləcə də bax: Rusiya iqtisadiyyatı son 11 ilin ən böyük resessiyasını yaşayacaq
FED.az xəbər verir ki, bu barədə bankın dərc etdiyi ortamüddətli proqnozunda deyilir.
Bank 2021-ci ildə Rusiyada ÜDM-in 3-4% (əvvəlki proqnoz 3,5-4,5%) artacağını gözləyir, 2022-ci il üçün proqnoz isə sabit saxlanılıb – 2,5-3,5%-lik artım. 2023-cü ildə Rusiya Bankı ölkə iqtisadiyyatının 2-3% artacağını proqnozlaşdırır.
İqtisadi fəallığın operativ indikatorları Rusiya iqtisadiyyatının bərpasının yavaşladığını göstərir ki, bu da daxili tələbatın dinamikası ilə əlaqələndirilir. (Apa)