Quş qripinin yayılması, eləcə də xərclərin kəskin artması nəticəsində Rusiyada toyuq əti və yumurta istehsalında rentabellik azalıb.
Azərbaycan Rusiyaya toyuq və yumurta - İXRACINA BAŞLAYIR - FOTOLAR
Rusiya bahalaşmanı dayandırmaq üçün xaricdən - YUMURTA ALACAQ
FED.az xəbər verir ki, bu, Rusiya Quşçuluq İttifaqının açıqlamasında bidirilir.
Qeyd edilib ki, bu amillərə görə istehsalçılar maliyyə çətinlikləri ilə üzləşiblər. Bir neçə ildir ki, quşçuluq müəssisələri yeni investisiya layihələrinin hazırlanmasından imtina etmək məcburiyyətində qalıblar, köhnə imkanlar isə tədricən sıradan çıxıb və hazırda onları əvəz edən yoxdur.
Nəticədə, sənayedəki problemlər yumurtanın və broyler məhsullarının pərakəndə satış qiymətlərinin güclü artmasına təsir göstərib. Vəziyyəti sabitləşdirmək üçün hökumət altı ay müddətinə yumurta və quş ətinin ixracına qadağa tətbiq edəcək, həmçinin ölkəyə quş ətinin rüsumsuz idxalı üçün kvotanı 160 min tona çatdıracaq. (Marja)