Rusiyanın Maliyyə Nazirliyi Rusiyada yoxsulluq üzrə müavinətlərin verilməsini təklif edir. Bu barədə Maliyyə Nazirinin birinci müavini Tatyana Nesterenko "Российская газета" agentliyinə müsahibəsində bildirmişdir.
Onun sözlərinə görə indi maliyyə yardımına ən çox ehtiyacı olan ailələr 16 yaşına qədər uşaqları olan, yəni xüsusilə iki və daha çoxuşağı olan və ailəsində valideynlərindən yalnız bir nəfəri işləyən ailələrdir.
"Hazırda düzgün olardı ki, ayrı-ayrı sosial ödənişlərin təyini üzrə biz də ehtiyaclılıq prinsipinin tətbiqinə keçək və yeni müavinət növünün - yoxsulluq üzrə müavinətin - tətbiqinin mümkünlüyü barədə müzakirələr aparaq", — deyə Nesterenko əlavə etdi.
Məmur həmçinin bildirdi ki, yeni müavinət növünü tətbiq etməzdən əvvəl ilk növbədə "ehtiyac" anlayışını və onun meyarlarını qanunvericilik səviyyəsində müəyyənləşdirmək lazımdır.
"Nazirliyin təklifləri 2017-2019-cu ilin layihə büdcəsində əks olunmamışdır" deyə Nesterenko əlavə etdi.