Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycana səfər edəcək.
Səfər oktyabr ayının 31-nə planlaşdırılıb.
A. Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmi şəxslərlə yanaşı, bir sıra dövlət və özəl şirkətlərin rəsmiləri də daxil olacaq.
Səfər çərçivəsində noyabr ayının 1-də Azərbaycan - Rusiya biznes forumunun keçiriləcəyi planlaşdırılır.