Rusiyanın Smolensk vilayətində yerləşən kolbasa məhsulları istehsalçısı “Romanişin” şirkəti öz məhsullarını Azərbaycana ixrac etməyə hazırlaşır.
Eləcə də bax: Azərbaycanda ətin qiyməti ucuzlaşacaq - Komitə Sədrindən Proqnoz
FED.az xəbər verir ki, istehsalçı ilk dəfə olaraq xarici bazara çıxacaq.
O, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") müvafiq auditindən keçir. Bu proses yekunlaşandan sonra xaricə ilk test partiyalar yollanacaq. İxracın tələbini tam ödəmək üçün şirkət əlavə olaraq 3 sex tikdirir. (Report)