"Dobrina” MMC (RF-nin Orlov vilayəti) Azərbaycana ət məhsulları tədarük etmək üçün icazə alıb.
Bəzi rayonlarda ət ucuzlaşıb - FOTO
FED.az xəbər verir ki, “Rosselxoznadzor”un məlumatına görə, qurum oktyabrın sonunda müəssisənin məhsullarını yoxlayıb və “Dobrina” MMC-ni ixracatçıların reyestrinə daxil edib.
“İndi müəssisə istehsal etdiyi ət məhsullarını Azərbaycana ixrac edə bilər”, - deyə məlumatda bildirilir. (İnterfaks-Azərbaycan)