Rusiya hökuməti Ukraynaya qarşı yeni sanksiyalar tətbiq edib. FED.az xəbər verir ki, sanksiyalar haqqında qərarı baş nazir Dmitri Medvedyev imzalayıb.
Yeni sanksiyalara əsasən, artıq Ukrayna Rusiyaya bəzi ərzaq və qeyri-ərzaq məhsulları sata bilməyəcək. Moskva bildirir ki, bu qadağaları ləğv edə bilər, bir şərtlə ki, Ukrayna da Rusiyaya qarşı sanksiyaları qaldırsın.
Beləliklə, Ukraynadan Rusiyaya buraxılmasına qadağa qoyulan məhsullara şirniyyat, un məmulatları, TAXIL, BİTKİ YAĞLARI, trəvəz və balıq konservləri, meyvə cemləri və jele, şirələr və spirtli içkilər aiddir.
Bundan başqa, bəzi sənaye məhsullarının da Rusiyaya daxil olması qadağan edilib. Ukraynadan şeben, yuyucu vasitələr, kağız və karton, oboylar, turbinlər (mülki təyyarələr üçün olanlardan başqa), buxar qazanları, mebel, traktorlar, avtomobil hissələri, naqil və kabellər, avtomobil qoşquları, eləcə də qadın gigiyenə məhsulları gətirilməyəcək.
Hələlik Ukrayna hökumətinin yeni sanksiyalara münasibəti açıqlanmayıb. Bu ölkənin adı çəkilən məhsullar buraxan şirkətləri həmin məhsulları eyni həcmdə istehsal etməkdə davam edirlər.