Azərbaycan Rusiyadan idxal etdiyi xam günəbaxan yağının həcmini 2022-ci ilin yanvar-aprel aylarında illik müqayisədə 30% azaldıb.
Eləcə də bax: Xaricdən gətirilən kərə yağı bahalaşıb - QİYMƏTLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Rusiyadan Azərbaycana cari ilin ilk dörd ayı ərzində 14.98 min ton həcmində günəbaxan yağı idxal edib ki, bunun da miqdarı $26.06 milyondur. Bu Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
İdxal edilmiş günəbaxan yağının hər tonu Azərbaycana $1 472.8 xərclə başa gəlib. Bu da öncəki ildən 19% bahadır.
Bundan əlavə ölkəyə Rusiyadan digər sinfə aid olan günəbaxan yağı idxal edilib, bunun da dəyəri $2.4 mln.-dur.