Rusiyada dolların məzənnəsinin kəskin artması ilə əlaqədar olaraq istixanalarda yetişdirilən tərəvəzlər bahalaşa bilər.
Eləcə də bax: Rusiya Çinlə sərhədi açdı – Azərbaycanın bahalı malları - PİŞTAXTALARDA QALDI
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Tərəvəzçilər ittifaqının sədri Mixail Qluşkov bildirib. Onun sözlərinə görə, hər bir tərəvəzin qiymətində xarici valyuta payı var.
Pomiorda bu rəqəm 10%, xiyarda 20% təşkil edir. Bundan başqa, bu sahədə fəaliyyət göstərən bəzi müəssisələr müflis ola bilər ki, bu da tərəvəzin qiymətinə mənfi təsirini göstərəcək.