Rusiyada son bir ildə taxta materiallarının qiyməti ikiqat artıb. Artıq hökumət taxta ixracına qadağa qoymaq barədə düşünür.
Eləcə də bax: Tikinti materialları kəskin bahalaşdı – MİŞAR DAŞI TAPILMIR – YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, son bir ildə taxta materiallarının qiymətindəiki qat azalma müşahidə edilir. Bu hal ölkənin daxili ilə yanaşı, xarici bazarlara da aiddir.
Bəzi tata məhsullarının qiyməti rusiya daxilindəkindən 30% artıqdır.
Rusiya taxta evlərin tikintisi assosiasiyasının həmsədri Yuliya Yurlova bildirib ki, taxta qıtlığı güclənib. Qıtlıq bir neçə aydır ki davam edir və bunun səbəbi düny bazarlarında yaranmış böyük tələbatdır. Nəticədə Rusiyadan xaricə taxta ixracı kəskin artıb və ölkə daxilində qıtlıq hiss olunmağa başlayıb.
Nəticədə taxta evin tikintisi üçün taxtanın bir kubmetrinin qiyməti bir il əvvəlki 30 min rubldan 50-60 min rubla yüksəlib.
Assosiasiya taxta ixracına qadağa qoymaq və ya ixraca rüsum tətbiq etmək üçün Ticarət nazirliyinə müraciət edib. Hazırda bu məsələyə baxılır.
Taxta məmulatlarının ixracının artması da onların qiymətini yüksəldib. Belə ki, DSP-nin ixracf 16% artdığı halda, onun isthsalı cəmi 1,5% yüksəlib.