FED.az xəbər verir ki, Rusiya Milli Meyvə -Tərəvəz Birliyinin icraçı direktoru Mixail Qluşkov jurnalistlərə verdiyi açıqlamada, sentyabr ayında soyuq havanın Rusiyada pomidor və xiyar qiymətlərinin artımının sürətlənməsinə təsir etdiyini söyləyib.
Eləcə də bax: Pomidorun qiyməti nə üçün kəskin bahalaşıb? – VİDEO
“Ənənəvi olaraq, sentyabrın əvvəlində bazarda açıq tərəvəzlər tükənir. Payızın əvvəlindən mağazalarda istixanalarda yetişdirilən pomidor və xiyar gəlməyə başlayır. Bu sentyabr xüsusilə keçən ilə nisbətən olduqca soyuq keçdi. Rusiyanın bir çox mərkəzi və şimal-qərbində havanın tempraturu iqlim normasından aşağı idi. Bu da istixanalara təsir etdi və məhsullar daha sürətlə bahalaşmağa başlamışdır”, - Qluşkov deyib
Eyni zamanda, Qluşkov qeyd edib ki, qış istixanalarında bu ilin səkkiz ayında pomidor istehsalının həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 18%, xiyar 2% artmışdır. Mütəxəssisin sözlərinə görə, istehsalın davamlı artması, bu kateqoriya meyvə-tərəvəz məhsullarının qiymət artımını dayandırmağa imkan verir. (Marja)