Rusiya Mərkəzi Bankı banklardan nağd valyuta çıxarılmasına qoyulan məhdudiyyətləri 6 ay müddətinə uzadıb.
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının verdiyi yazılı açıqlamada, banklardan nağd valyuta çıxarılmasına qoyulan məhdudiyyətlərin 9 sentyabr 2024-cü il tarixinə qədər uzadıldığı bildirilib .
Açıqlamada Qərb ölkələrinin sanksiyalar çərçivəsində Rusiya bankları və maliyyə qurumlarına dollar və avronun nağd şəkildə alınmasına qadağa qoyduğu və bu qadağanın davam etdiyi üçün məhdudiyyətlərin uzadılması qərarının alındığı bildirilib.
Rusiya Mərkəzi Bankının 2022-ci ilin mart ayında Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə verdiyi qərarla ölkədəki vətəndaşlar banklardakı valyuta hesablarından yalnız rublla nağd pul çıxara bilərlər.