2018-ci ildə Rusiyada 2,3% iqtisadi artım qeydə alınıb.
FED.az bu barədə qonşu ölkənin Federal Dövlət Statistika Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu rəqəm Rusiya Bankının və İqtisadi İnkişaf Nazirliyinin proqnozlarından çoxdur və 2012-ci ildən bər rekord göstəricidir. Xatırladaq ki, 6 il bundan əvvəl Rusiyada 3,7% iqtisadi artım baş verib.
Eləcə də bax: Nazarbayev gedir - QAZAXISTANDA QANUN DƏYİŞİR
Statistika Xidməti kənd təsərrüfatı, meşəçilik ovçuluq, balıqçılıq sektorları istisna olmaqla bütün sahələrdə əlavə dəyərin artdığını açıqlayıb. İqtisadi inkişafa daha çox mədənçilik, topdan və pərakəndə ticarət, nəqliyyat və saxlama, tikinti sahələri müsbət təsir göstərib.