Rusiya taxılının Afrikaya pulsuz tədarükü yaxın zamanda həyata keçiriləcək.
Putin ölkəsinin “Taxıl sazişi” ilə bağlı mövqeyini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bunu Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.
Nazirin sözlərinə görə, hələlik söhbət altı ölkədən və hər birinə 25-50 min ton həcmində taxılın tədarükündən gedir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə ölkəsinin Burkina Faso, Mali və Eritreyaya, hər birinə 25-50 min ton olmaq şərti ilə, taxıl tədarük etməyə hazır olduğunu açıqlayıb. (Apa)