Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən pomidor tədarükü üçün kvotanı əvvəlki 350 min tondan 500 min tona qədər artırıb.
Azərbaycanda pomidor ixracından gəlirləri 5%-dək azalıb
FED.az xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin 30 noyabr 2015-ci il tarixli 1296 nömrəli Fərmanında dəyişiklik edilib.
Xatırladaq ki, Rusiya, Türkiyə Hərbi Hava Qüvvələrinin 2015-ci ilin noyabr ayının sonunda Suriyada Rusiyanın Su-24 təyyarəsini vurmasına cavab olaraq 2016-cı il yanvarın 1-dən Türkiyədən bir sıra məhsulların tədarükünə embarqo qoymuşdu. 2017-ci il noyabrın 1-də Türkiyədən pomidor idxalına qoyulan qadağa, 2018-ci il mayın 1-dən isə Rusiya ixrac edən şirkətlərin sayına qoyulan məhdudiyyəti aradan qaldırılıb. Pomidor üzrə kvota əvvəlcə 50 min ton müəyyən edilmiş, sonra bir neçə dəfə artırılıb. (Marja)