Rusiya, Türkiyədən idxal etdiyi pomidorun kvotasını 200 min tona yüksəldib.
FED.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənən qərarnaməyə görə, Rusiyanın Türkiyədən idxal etdiyi pomidorun kvotası 50 min ton artırılaraq 200 min tona çıxarılıb.
Qeyd edək ki, Rusiya 2019-cu ilin may ayında Türkiyədən idxal edilən pomidor kvotasını 50 min tondan 150 min tona çıxarmışdı. Türkiyədən Rusiyaya edilən pomidor ixracatı 2019-da əvvəlki ilə görə 186% artaraq 86 milyon 53 min dollara yüksəlmişdi.