Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyədən idxal olunan naringilərdə pestisidlər aşkar edib.
Eləcə də bax: Azərbaycandan Rusiyaya göndərilmiş məhsullar qonşu ölkədə - MƏHV EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Türkiyədən idxal olunan naringilərdə qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Sözügedən meyvələrin tərkibində xlorpirifos pestisidinin qalıq miqdarı var ki, onun konsentrasiyası icazə verilən maksimum həddi keçir”, – deyə mesajda deyilir.
“Rospotrebnadzor”un vurğuladığı kimi, Türkiyədən naringi idxalı oktyabrın 29-dan başlayaraq qadağan olunur.