Banner

İqtisadiyyat

"Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa maraqlıdır"

"Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa maraqlıdır" | FED.az
15:00 4 Aprel 2019

"Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa maraqlıdır".

FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan – Rusiya biznes forumunda jurnalistlərə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib.

O, Azərbaycanın əlverişli geostrateji ərazidə yerləşməsi sayəsində burada logistika xərclərinin çox olmadığını qeyd edib.

Rusiyalı nazirin dediyinə görə, bununla bağlı ikitərəfli dialoqu davam etdirmək məqsədi ilə iyul ayının əvvəlində Yekaterinburq şəhərində baş tutacaq forum zamanı iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş keçirmək barədə razılıq əldə edilib.

“Bugünkü biznes forumda iştirak edən Rusiya şirkətləri Azərbaycana ixracatın həcmini artırmaq niyyətindədir. Bununla yanaşı, Azərbaycanda birgə müəssisə yaradıb istehsal ediləcək məhsulları üçüncü ölkələrin bazarına çıxarmağı arzulayan şirkətlərimiz var”, – nazir vurğulayıb.
report

Digər xəbərlər

Banner